Dovşan Salatı Tərifi - Tavşan Salatası Tarifi Azerice

Heulwen

Kayıtlı Üye
Dovşan Salatı Tərifi - Tavşan Salatası Tarifi Azerice

Tərkibi:

400 q toyuq əti
300 q göbələk
3 kartof
2 yerkökü
3 duzlu xiyar
4 yumurta
300 q mayonez
duz

jpnedb79.jpg


bəzək:
2 kağız "qulaq"
1 zeytun
1 dilim yerkökü
göyərti (zövqə görə)

Toyuq ətini bişirib didin.

Göbələk əgər təzədirsə, duzlu suda hazır olanadək bişirin. Əgər konservləşdirilmişdirsə, yaxşıca yuyun. Hazır göbələyi blenderdə xırdalayın.

Kartofu və yerkökünü hazır olanadək bişirin, təmizləyib sürtgəcdən keçirin.

Duzlu xiyarı sürtgəcdən keçirin.

Yuyulub bişirilmiş yumurtaların ağını və sarısını ayırın, ayrı-ayrı qablara sürtgəcdən keçirin.

Salatı buluda lay-lay düzün. Lap əvvəldən dovşan forması verin:

kartof + mayonez + toyuq əti + mayonez + duzlu xiyar + mayonez + yumurta sarısı + mayonez + yerkökü + mayonez, göbələk + mayonez + yumurtanın ağı.

Sonra "dovşan"ın "baş"ına kağızdan düzəltdiyiniz "qulaqları" taxın. Zeytundan "gözlər" və "burun" hazırlayın, "dovşan"ın yan-yörəsinə xırda doğranmış göyərti, məsələn, şüyüd səpin.

Nuş olsun!
 
bayigram takipçi satın al instagram beğeni satın al instagram takipçi satın al tiktok takipçi satın al Buy Followers
vozol
antalya havalimanı transfer
Geri
Üst